Təqaüdə müraciət

split Images

Peşəkar ekspertlərimiz təqaüd proqramları haqqında ətraflı məlumat verərək namizədlərə düzgün seçim və maksimal nəticə əldə etməkdə dəstək olurlar.

  1. Təqaüdlərin araşdırılması
  2. Sənədlərin yığılması
  3. Müsahibəyə hazırlıq

Təklif etdiyimiz eksklüziv xidmətlərdən biri də müxtəlif təqaüd proqramlarına müraciətdir.

Ölkələrdən və universitetlərdən asılı olaraq təqaüdlər dəyişir. Mövcud təqaüd proqramları namizədlərin akademik göstəricilərindən tutmuş maddi-sosial vəziyyətinə uyğun olaraq verilə bilir.

Akademik göstəricilərə uyğun verilən təqaüdlərdə əsasən namizədin ortalama balına, beynəlxalq dil biliyi sertifikat balına, niyyət məktubu kimi göstəricilərə baxılır.  Təqaüdü qazanan tələbələrə ödənişsiz təhsil, yataqxana, və pul şəklində maddi dəstək də verilə bilir.

Əlavə olaraq bir çox özəl və bəzi dövlət universitetlərində namizədlərə təhsil haqqı təqaüdü də təklif olunur. Bu istiqamətdə tələbələr illik təhsil haqqlarından müəyyən endirimlər qazana bilirlər.

Maddi-sosial vəziyyətə görə verilən təqaüdlər isə namizədin akademik göstəricilərinə görə deyil məhz maddi-sosial vəziyyətinə görə dəyərləndirilib verilir. Bu cür təqaüdlərə müəyyən sosial standartların altında olan hər bir namizəd müraciət edib qazana  bilir. Bu cür təqaüd proqramlarında namizəd tələbələr dövlət tərəfindən ödənişsiz təhsil, pulsuz yataqxana və qidalanma, nəqliyyat kartı, tibbi sığorta və pul şəklində maddi dəstək qazanırlar.

Peşəkar ekspertlərimiz təqaüd proqramları haqqında ətraflı məlumat verərək namizədlərə düzgün seçim və maksimal nəticə əldə etməkdə yüksək səviyyədə dəstək olurlar.

Ready to start creating a standard website?

Finest choice for your home & office